Vasif Talıbov Dövlət Agentliyini ləğv etdi

Vasif Talıbov Dövlət Agentliyini ləğv etdi
  20 Yanvar 2016    Oxunub:2383
Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.
AzVision.az report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıxan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları Naxçıvan İqtisadiyyat Nazirliyinə verilib.

V.Talıbovun digər sərəncamı ilə Naxçıvan İqtisadiyyat və Sənaye Nazirliyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti