Nəcməddin Sadıkov NATO-nun tədbirində

Nəcməddin Sadıkov NATO-nun tədbirində
  21 Yanvar 2016    Oxunub:2002
Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti