“Bizdə ermənifobiya yoxdur” - Prezidentin müşaviri
“Erməni fobiyasının olmamasını biz hər addımımızda dünyaya bəyan etməklə deyil, konkret işimizlə göstərməliyik. Bizim hətta erməni olan Azərbaycan vətəndaşları var".
Dövlət müşaviri bildirib ki, Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi bitməyib. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Azərbaycan cəmiyyətində ermənilərlə bir yerdə yaşamaq potensialı var. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur”.
K.Abdulla qeyd edib ki, tolerantlıq ənənələrinin dərinləşməsi insanların bir-birinə olan münasibətlərinə təsir göstərir: “Eyni dinə aid olan insanlar arasında xoş münasibətlər yaranmalıdır. Multikulturalizm hədəfləri də yalnız müxtəlifliklər arasında deyil, eyniliklər arasında da xoş münasibətlərin yaranmasına imkan verməkdir. Multikulturalizm ideyaları həm də azərbaycançılıq ideyalarını təbliğ edən bir çətirdir”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


