Nardaranda `Bilik evi` yaradılır

Nardaranda `Bilik evi` yaradılır
  22 Yanvar 2016    Oxunub:1735
Bakının Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun filialı açılacaq.
Bunu Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək:

"Nardaran sakinləri buna mənən hazırdır. Nardaranda, Bakının digər kəndlərində çox ağıllı ziyalılarımız olub, indi də var. Bizim əsas dayaq nöqtəmiz o insanlar olacaq. Azərbaycan dövlətçiliyini qəbul edən və dəstəkləyən insanlar. Nardaran camaatı bu insanların önündə getməyə hazır olan insanlardır".

AzVision.az


Teqlər:



Xəbər lenti