`Magistraturaya 63 ixtisas üzrə qəbul aparılacaq` - Akif Əlizadə
Həmçinin akademik Akif Əlizadə AMEA-da magistratura təhsilinin təşkili sahəsində görülən işlərdən danışaraq bildirib ki, əgər ötən il magistraturaya 9 ixtisas üzrə qəbul baş tutmuşdursa, bu il artıq 63 ixtisas üzrə qəbul aparılacaq. AMEA-nın prezidenti bu faktı elm və təhsilin inteqrasiyası sahəsində böyük addım hesab edir.
Azərbaycanla Bolqarıstanın elmi əlaqələrindən bəhs edərkən AMEA prezidenti iki ölkənin akademiyaları arasında əməkdaşlıq sənədinin imzaya hazır olduğunu və səfirdən gələcək inkişafa dair tədbirlər görməyi xahiş edib.
Öz növbəsində, Nərgiz Qurbanova səmimi qəbula görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib. Xanım səfir qeyd edib ki, ötən il Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana səmərəli səfəri baş tutub və bu səfər çərçivəsində ölkələr arasında strateji əməkdaşlıq haqqında mühüm sənəd imzalanıb. Bu cür sənədlər əsasında Azərbaycan gələcəkdə müxtəlif sahələrdə, o cümlədən elm sahəsində öz beynəlxalq əlaqələrini inkişaf etdirəcək. Nərgiz Qurbanova vurğulayıb ki, o öz növbəsində, akademiyalar arasında sıx əməkdaşlığın yaranması üçün səylərini əsirgəməyəcək. Sonda akademik Akif Əlizadə xanım səfirə can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, qonağa xatirə hədiyyələri təqdim edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


