Məktəbdə silahlı insident - 5 ölü, 2 yaralı

Məktəbdə silahlı insident - 5 ölü, 2 yaralı
  23 Yanvar 2016    Oxunub:2582
Kanadanın La-Loş şəhərində yerləşən məktəbdə silahlı insident baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, şagirdin açdığı atəş nəticəsində 5 nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Ölənlər arasında məktəbin 23 yaşlı müəllimi Meri Janviye də var.

Bu barədə onun atası məlumat verib. Cinayəti törədən məktəbli saxlanlıb. Onun kimliyi barədə məlumat verilmir.

Davosda səfərdə olan Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, silahlı insidentin səbəbləri və təfsilatları barədə danışmaq hələ tezdir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti