Türkiyədə azərbaycanlı intihar etdi

Türkiyədə azərbaycanlı intihar etdi
  23 Yanvar 2016    Oxunub:2639
Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib.

AzVision.az `Sabah` qəzetinə istinadən xəbər verir ki, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

Poliqonda silahla atəş açan keçmiş diplomat tək patronu başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.

Polis idarəsi intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

Qeyd edək ki, F.Əliyev İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olub.

AzVision.az


Teqlər:  



Xəbər lenti