Baş prokuror vətəndaşlarla görüşəcək

Baş prokuror vətəndaşlarla görüşəcək
  25 Yanvar 2016    Oxunub:1457
Azərbaycanın baş prokuroru Zakir Qaralov yanvarın 29-da vətəndaşları qəbul edəcək.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az- a verilən xəbərə görə, qəbul Xızı rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbulda Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri iştirak edə bilər. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:



Xəbər lenti