Rayonlarda vəziyyət necədir? - Güclü qarın fəsadları
Qarlı hava şəraiti Daşkəsən rayonunda bir çox fəsadlar yaradıb. Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Əhmədov saytımıza bildirib ki, hazırda yolların təmizlənməsi üçün əraziyə ağır texnika gətirilib.
“Rayonun enerji təminatında hazırda problem yoxdur. Bir-iki gün bundan öncə, güclü külək bir neçə yaşayış binasının dam örtüyünü uçurmuşdu. Hazırda bu problem aradan qaldırılır. Ümumilikdə rayon ərazisində ciddi problem yoxdur”.
Gədəbəy rayon İcra hakimiyyətindən isə bildirilib ki, güclü qardan sonra bəzi yollarda yaranan problem aradan qaldırılır, hazırda bu istiqamətdə iş aparılır.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


