Naxçıvan DTX-nın rəis müavini işdən çıxarıldı

Naxçıvan DTX-nın rəis müavini işdən çıxarıldı
  26 Yanvar 2016    Oxunub:3845
Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Fariz Nəriman oğlu Bağırov Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, V.Talıbovun 22 yanvar tarixli sərəncamı ilə F.Bağırov Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.


Teqlər:  





Xəbər lenti