Azərbaycanlı deputat AŞPA-nın komitə sədri seçildi

Azərbaycanlı deputat AŞPA-nın komitə sədri seçildi
  26 Yanvar 2016    Oxunub:2274
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib.

AzVision.az-ın xəbərinə görə, xanım millət vəkili bu vəzifədə fransalı deputat Tyeri Marianini əvəz edib.

S.Qafarova yeni vəzifəsində iki il müddətinə icra edəcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvü ilk dəfədir AŞPA komitəsinə sədr seçilir.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti