`Döyüşməyə hazıram...` - Sabiq müdafiə naziri

`Döyüşməyə hazıram...` - Sabiq müdafiə naziri
  27 Yanvar 2016    Oxunub:4716
“Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi bizim üçün böyük qələbədir.
Bunu AzVision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsinə münasibət bildirərkən deyib.

Eks-nazirin fikirincə, Azərbaycan ordusu düşmən təxribatlarına şücaətlə cavab verir: “Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı hər an azad edə bilər. Ali Baş Komandan əmr verərsə, ordumuz tək bir yüksəkliyi yox, Qarabağı ermənilərdən geri ala bilər.Bu gün ordumuz böyük gücə malikdir.

“Odundağ” yüksəkliyinin ələ keçirilməsindən sonra düşmən tərəfi tam nəzarət altında olacaq. Bu, çox önəmli, sevindirici bir qələbədir. Azərbaycan ordusu bundan sonra da düşmənə öz sözünü deyəcək”.

D. Rzayev silahlı qüvvələrin güclənməsində nazir Zakir Həsənovun böyük xidmətlərinin olduğunu vurğulayıb: “Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra orduda böyük islahatlar aparılıb. Ordumuz ən müasir silahlarla təmin olunub, döyüş hazırlığı yüksək səviyyədədir. Hərbi heyət arasında döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Müharibə bizim üçün qaçılmazdır. Hər an döyüş başlaya bilər. Silahlı qüvvələrimiz tam hazır vəziyyətə gətirilib”.

Sabiq müdafiə naziri Qarabağ müharibəsi başlayarsa, döyüşlərdə iştirak edəcəyini vurğulayıb: “Müharibə başlayarsa, döyüş bölgəsinə gedib düşmənə qarşı vuruşlarda iştirak edəcəyəm. Bundan başqa döyüşçülərimizə öz göstərişlərimi verməyə, Azərbaycanın qələbə qazanması üçün əlimdən gələni etməyə hazıram”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti