Azərbaycanda bir ayda 6 ana ölüb
Nazirlik rəsmisi bildirib ki, bu il baş verən ana ölümlərindən üçü tam araşdırılıb: “Digər üç ana ölümü komissiyadan keçməyib. Anatomik-pataloji nəticələri gözləyirik. Onlardan bir neçəsi mütəmadi nəzarətdə olmayıb. Həkimə gec müraciət ediblər. Digər tərəfdən də lazımsız müalicə alıblar. Problem də inkişaf edəndə kömək etmək mümkün olmur”.
L. Rzaquliyevanın sözlərinə görə, Azərbaycanda ana ölümləri ildən-ilə azalır: “Ana ölümlərində həkim səhvləri də var. Amma qadınların, onların ailə üzvlərinin də səhvləri olur. Əgər 3 ölüm faktı varsa, 300 isə kritik vəziyyətdən çıxan analarımız var. Hazırda kritik vəziyyətləri öyrənən Komissiyanın yaradılması istiqamətində iş aparılır”.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


