`Ötən il 97 körpənin həyatı xilas edilib`

`Ötən il 97 körpənin həyatı xilas edilib`
  27 Yanvar 2016    Oxunub:1938
“2015-ci ildə Azərbaycanda 22-28 həftə arasında çəkisi 500 qram olan 260 döl dünyaya gəlib və 97 körpənin həyatını xilas etmək mümkün olub”.
AzVision.az-ın xəbərinə görə, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda diridoğulmanın yeni meyarlarının tətbiqinə keçid zamanı elə ciddi problemlər yaşanmayıb:

“Diridoğulmanın yeni meyarlarına keçidlə əlaqədar Azərbaycanda uşaq ölümlərinin sayında artım qeydə alınmayıb”.

Baş pediatr qeyd edib ki, əvvəllər hestasiya yaşı 28 həftədən, kütləsi 1000 qramdan az uşaqlar diridoğulmuş hesab edilmirdilər: “Hazırda hestasiya yaşı 22 həftə, kütləsi 500 qramdan artıq bütün uşaqlar diridoğulmuş sayılır. Bu uşaqlara tam həcmli tibbi yardım göstərilir. Azərbaycanda vaxtından əvvəl, çox az çəkidə doğulmuş uşaqlara Səhiyyə Nazirliyi daim qayğı göstərir. Bu sahədə genişmiqyaslı, köklü islahatlar aparılır. 7 perinatal mərkəz yaradılıb, tibbi heyətin peşəkarlıq səviyyəsi yüksəldilib”.

Nəsib Quliyev həmçinin əlavə edib ki, ötən il Azərbaycanda 2 milyon 650 min uşağın 2 milyon 300 min nəfəri icbari dispanserizasiyaya cəlb olunub: `Uşaqların 6 faizində sağlamlıqla bağlı problemlər aşkarlanıb. 137 mindən bir az artıq uşaqda bu hal müşahidə olunub. Onlar dispanser qeydiyyatına götürülüb. Bu uşaqların 1300-ü uşaq stansionarlarına müalicəyə göndərilib. Ötən il dispanser qeydiyyatına götürülmüş təxminən 5 min nəfərə yaxın uşaq sağalma ilə bağlı dispanser qeydiyyatından çıxarılıb`.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti