Elmi tədqiqatçılara ekspert statusu veriləcək

Elmi tədqiqatçılara ekspert statusu veriləcək
  27 Yanvar 2016    Oxunub:2132
Azərbaycanda tədqiqat universitetinin elmi işçiləri dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb olunacaqlar.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Elm haqqında” qanunun müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib. Komitəs sədri bildirib ki, Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək və dövlət proqramlarının hazırlanmasına cəlb olunacaqlar.

İ.Həbibbəyli qeyd edib ki, yeni qanunda təklif olunan həmin bəndin müəllifi deputat, hüquqşünas Elşad Həsənovdur.

“Elmi işçilərin dövlət proqramlarına cəlb olunması ilə həm elmi işçilər əlavə gəlir əldə edəcəklər və həm də dövlət müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislər ilə yanaşı elmi işçilərin fikirlərindən də fayda götürəcək. Bu elmi işçilərin elmi fəaliyyətini də stimullaşdıracaq”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti