Bakıda daha bir avtomobil salonu bağlandı
Növbəti dəfə Bakıda “Pejo” avtomobillərinin satış salonu bağlanıb. Bu barədə “Auto Azerbaijan” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ötən aydan etibarən Xətai rayonu, Babək prospekti, 2269 ünvanında yerləşən satış salonu bağlanıb.
Qeyd edək ki, “Auto Azerbaijan” “Jeep” , “Dodge”, “Chrysler”, “Hyundai” markaları ilə yanaşı “ Pejo” avtomobillərinin də Azərbaycanda rəsmi təmsilçisi idi. “ Pejo” avtomobillərinin satış salonu isə Bakıda 2012-ci ilin sentyabr ayında açılmışdı.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


