İlham Əliyev baş katiblə görüşdü
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev təşkilatın iki sammitinin ölkəmizdə keçirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli olduğunu deyib.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanın ölkəmizə səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib Xəlil İbrahim Akça rəhbərlik etdiyin təşkilatın ölkəmizdə keçirilən sonuncu sammitini məmnunluqla xatırlayıb. Görüşdə Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


