`Sahibkara düşmən kimi baxırdıq` - Komitə sədri
Komitə sədri bildirib ki, yeni modellə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: “Yeni modelə parlamentə bir daha baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
H.Rəcəbli qeyd edib ki, bu gün sahibkarlığa dəstək ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, sahibkarlığa dəstək üçün qanunvericiliyə bəzi əlavə və dəyişikliklər edilməlidir.
"Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı çoxlu dəstəkverici layihələri ortaya çıxarmalıyıq. Bu, Əmək Məcəlləsi ilə tənzimlənə bilər. Sovet dövründən qalmış fikirlərlə sahibkardan düşmən obrazı formalaşdırmışıq. Sahibkarı düşmən imicində görürük. Hətta əsassız olaraq deyilir ki, sahibkarlar quldur, oğru və istismarçıdırlar".
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


