`Nazirlər telefonlara cavab vermirlər`- Deputat (Video)

`Nazirlər telefonlara cavab vermirlər`- Deputat (Video)
  29 Yanvar 2016    Oxunub:3590
“Dövlətin xidməti telefonlarına hörməti geri qaytarmaq lazımdır. Çünki dövlət mobil telefonla idarə olunmur”.
AzVision.az-ın məlumatına görə, bunu millət vəkili Fəzail İbrahimli Milli Məclisin Regional məsələlər komitəsinin iclasında çıxışı zamanı deyib.

Deputat təəssüflə qeyd edib ki, bəzi dövlət məmurları, nazirlər, komitə sədrləri xidməti telefonlara gələn zənglərə cavab vermirlər: “Telefonlara cavab vermirlər. Bəlkə mənim bir xahişim var, heç olmasa telefonlara cavab verin. Biz məmurlara seçicilərimizin problemləri ilə bağlı müraciət edirik. Öz problemlərimizə görə zəng etmirik ki? İnsanların problemlərinə həssaslıqla yanaşmaq məmurların borcudur”.

Deputat qeyd edib ki, dövlət rəsmiləri insanların problemlərinin həlli üçün səy göstərməlidirlər: “Biz deputatlar məmurlarla əl-ələ verib dövlət, xalq üçün işləməliyik. Məmurlar bu məsələdə yaxalarını kənara çəkməli deyillər”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti