“Əhalinin sosial rifahı yüksələcək” - Kəmaləddin Heydərov

“Əhalinin sosial rifahı yüksələcək” - Kəmaləddin Heydərov
  30 Yanvar 2016    Oxunub:3279
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə ziyalılar, sahibkarlar, ağsaqqallar və gənclər iştirak edib.

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, son illərdə şəhərdə bütün sahələrdə, o cümlədən turizm sektorunda gedən inkişafdan, aparılan quruculuq işlərindən danışıb.

Görüşdə çıxış edən nazir K.Heydərov dünyada baş verən iqtisadi proseslərə toxunub. Qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. Lakin Prezidentin göstərdiyi səylər, verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qəbul olunan qanunlar və qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcək.

Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, sahibkarlığa göstərilən dövlət qayğısından danışan nazir bildirib ki, Naftalan şəhərinin böyük turizm imkanı var. Şəhərdə turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu işlər davam etdirilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti