`Xaricdən pul alıb mintiqlər keçirirlər` - Siyavuş Novruzov
S.Novruzov bildirib ki, vaxtında ulu öndər Heydər Əliyev hakimiyyətə gəlsəydi, yəni o dövürdə hakimiyyətə qayıdışı baş tutsaydı Azərbaycanın bu qədər ərazi itkisi də baş verməzdi və Azərbaycan istər sosial-iqtisadi, istərsə də digər sahələrdə daha geniş şəkildə inkişaf edərdi.
S.Novruzov bildirib ki, həmin şəxslər indi də dövlət əlehinə iş aparırlar: “Onlarn fəaliyyəti mövsümidir. Yazda, payızda görürsən ki, müəyyən qədər xaricdən pul alıb mintiqlər keçirirlər, dövlət əleyhinə işlər aparırlar, ayrı-ayrı internet saytlarında yazılar yazırlar, xaricə Azərbaycanın əleyhinə düzgün olmayan məlumatlar ötürürməklə məşğuldular”.
S.Novruzov əlavə edib ki, bunu bütün Azərbaycan ictimaiyyəti də bilir və hər şeyi düzgün qiymətləndirir: “Azərbaycan xalqı dövlətin, prezidentin siyasətin dəstəkləyir və xalq ilə iqtidar birlikdə fəaliyyətin davam etdirir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


