Sürüşmə ərazilərində tikinti qadağan edildi

Sürüşmə ərazilərində tikinti qadağan edildi
  31 Yanvar 2016    Oxunub:1381
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında” qərar imzalayıb.

Qərara əsasən, torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağan edilib.

Qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti