Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq

Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq
  01 Fevral 2016    Oxunub:2385
Görkəmli ictimai xadim, dünya şöhrətli Azərbaycan alimi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Cəlal Əliyev yanvarın 31-də ömrünün 88-ci ilində vəfat edib.
AzVision.az xəbər verir ki, bu gün saat 14:00-da AMEA-nın Əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək. Mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!


Teqlər:  





Xəbər lenti