Parlamentin komitələri yenidən formalaşdı

Parlamentin komitələri yenidən formalaşdı
  01 Fevral 2016    Oxunub:2495
Bu gün Milli Məclisin 10 komitəsi yenidən formalaşıb.
AzVision.az xəbər verir ki, komitələrin yenidən formalaşdırılması parlamentin Daxili Nizamnaməsinə edilən dəyişikliklərlə bağlıdır.

Dəyişikliyə əsasən, artıq bir deputat eyni zamanda Milli Məclisin iki komitəsində təmsil oluna biləcək. Əvvəlki qaydalar isə bir deputatın yalnız bir komitənin üzvü olmasına imkan verirdi.

Bundan sonra bir neçə deputat parlamentin iki komitəsində təmsil oluna biləcək.

Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olacaqlar.

Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyev Səhiyyə komitəsinin tərkibinə daxil ediləcəklər.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti