Cəlal Əliyev dəfn olundu - FOTOLAR

  01 Fevral 2016    Oxunub : 28907
Cəlal Əliyev dəfn olundu - FOTOLAR
Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilir.
AzVision.az -ın məlumatına görə, akademikin cənazəsi vida mərasiminin keçiriləcəyi AMEA-nın əsas binasının "Dairəvi zalı"na gətirilib.

Vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, prezident administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Abid Şərifov və İsmət Abbasov, Daxili İşlər Naziri Ramil Usubov, Fövqəladə Hallar Naziri Kəmallədin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Səhiyyə naziri Oqtay Şirəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA prezidenti Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

***

AMEA prezidenti Akif Əlizadə çıxışında Cəlal Əliyevin elmi fəaliyyətindən söz açıb: “Onun 600-dən çox tədqiqat məqalələri mövcuddur. Bundan başqa mərhum 80-dən artıq elmələr namizədi və ondan artıq elmlər doktoru hazırlayıb”.

Millət vəkli Əhliman Əmiraslanov isə qeyd edib ki, Cəlal Əliyev çətin olmaqla yanaşı, şərəfli ömür yaşayıb: “Biz bu gün Azərbaycan elminin dühalarından birini son mənzillə yola salırıq. O, 62 ildən çox bir müddətdə biologiya və tibb elmələri bölməsində çalışıb və elmi tədqiqat işləri aparıb. O ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı uğurlu elmi tədqiqatlara malikdir. Monipulyar genetikanın əsasını Cəlal müəllim qoyub. Onun kadrları dünyanın ən məşhur elm ocaqlarında çalışırlar”.

AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C. Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov C. Əliyevlə bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.

***

Akademik Cəlal Əliyevlə vida mərasimi başa çatıb.

***

Cəlal Əliyev l Fəxri xiyabanda qardaşı akademik Aqil Əliyevin yanında dəfn olunub. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini İsmət Abbasov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak edib.

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.

Hafiz Əhmədov
Fotolar: Elvin Abdulla

Foto


Teqlər: