Deputat parlamentdə narazılıq etdi: `Mane olurlar...`

Deputat parlamentdə narazılıq etdi: `Mane olurlar...`
  01 Fevral 2016    Oxunub:2718
“Bu gün təhsildə yüksək nəticə göstərməyə qadir olan gənclər müəllim yanına getmədən yüksək bal torpalayaraq ali məktəbə daxil ola bilirlər. Ancaq onlar təhsil haqqına görə universitetdən kənarlaşdırılır”.
AzVision.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu faciə ailələrin perspektivlərinin üzərindən xətt çəkir: “Neçə illərdir ki, biz "Təhsil kreditləri haqqında" qanun layihəsini hazırlamışıq. Amma görünən odur ki, 26-28 faizlə istehlak kreditləri səviyyəsində kredit verənlər həmin sənədin qəbul edilməsinə mane olur. Ona görə də biz müəllif hüquqlarından imtina edə bilərik. Təhsil Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır. Çünki təhsil strategiyasında təhsil kreditləri ilə bağlı müddəa yer alıb. Təəssüf ki, strategiyada qoyulan məsələlərin reallaşdırılması gecikdirilir".

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti