Daha bir küçə açıldı
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Bundan sonra əraziyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 16 min kvadratmetr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.
Ortalama eni 9 metr olan küçəyə 3400 poqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


