Milli Məclisdə qəbul günləri - SİYAHI

Milli Məclisdə qəbul günləri - SİYAHI
  02 Fevral 2016    Oxunub:2328
Milli Məclisin Aparatında bu ilin fevral ayı üçün vətəndaşların qəbulu cədvəli açıqlanıb.
AzVision.az- ın məlumatına görə, vətəndaşlar Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində qəbul olunurlar. Qəbula parlamentə getməklə və ya qurumun saytı vasitəsilə elektron qaydada yazılmaq olar. Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.

Azərbaycan Respublikası Milli Məclisinə qəbula dəvət olunanlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Ziyafət Abbas oğlu Əsgərov Milli Məclis sədrinin birinci müavini - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri -17 fevral

Bahar Əvəz qızı Muradova Milli Məclis sədrinin müavini - İnsan hüquqları komitəsinin sədri-19 fevral

Valeh Feyruz oğlu Ələsgərov Milli Məclis sədrinin müavini – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri-8 fevral

Əli Məhəmməd oğlu Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri-10 fevral

Ziyad Əliabbas oğlu Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri-24 fevral

Eldar Rza oğlu İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin sədri-5 fevral

Hadi Musa oğlu Rəcəbli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri-15 fevral

Arif Qafar oğlu Rəhimzadə Milli Məclisin Regional məsələlər komitəsinin sədri-18 fevral

İsa Əkbər oğlu Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri-11 fevral

Rafael Baba oğlu Hüseynov Milli Məclisin Mədəniyyət komitəsinin sədri-8 fevral

Əhliman Tapdıq oğlu Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin sədri-22 fevral

Aqiyə Həbib qızı Naxçıvanlı Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri-25 fevral

Siyavuş Dünyamalı oğlu Novruzov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri- 4 fevral

Səməd İsmayıl oğlu Seyidov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri-19 fevral

Fuad Rauf oğlu Muradov Milli Məclisin Gənclər və idman komitəsinin sədri-29 fevral

Səfa Abbas oğlu Mirzəyev Milli Məclis Aparatının rəhbəri- 3 fevral

Firudin Süleyman oğlu Hacıyev Milli Məclisin İşlər müdiri- 4 fevral

Lətif Hüseyn oğlu Hüseynov Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri- 9 fevral

Rauf Şaiq oğlu Hacıyev Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri- 16 fevral

Nizami Abdulla oğlu Səfərov Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri- 23 fevral

Adilə Ziyat qızı Abasova Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri- 9 fevral

İlqar İslam oğlu Fərzəliyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri-12 fevral

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti