Bakıda oğurluq edən gənclər tutuldu

Bakıda oğurluq edən gənclər tutuldu
  02 Fevral 2016    Oxunub:1758
Bakıda soyğunçuluq və oğurluqla məşğul olan şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB və ÇPA əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçmaqla soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.

DİN TŞX, Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 30-na keçən gecə Əmircan qəsəbəsində Yaşar Nəbiyevə məxsus "Kamaz" markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Mətləb Həsənov və 1982-ci il təvəllüdlü Elçin Gözəlov tutulub.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il dekabrın 29-da S.S.Axundov küçəsində Ağdam rayon sakini Bəhruz Əliyevin idarə etdiyi «İsuzu» markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz Əliyev tutulub və ondan 450 qram marixuana götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, ötən il oktyabrın 15-də S.S.Axundov küçəsində Sevinc İsmayılovaya məxsus "Toyota Rav-4" markalı avtomobildən, şüşəsi sındırılmaqla içərisində 300 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və digər əşyalar olan əl çantasını, dekabrın 1-də isə Sənani Bağırova məxsus Naxçıvani küçəsində yerləşən mağazada vitrindən 1 ədəd planşet oğurlayıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 26-da B.B.Məcidov küçəsində yerləşən avtoyuma məntəqəsində işləyən Tovuz rayon sakini Rəşadət Məhərrəmovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Cəlil Mikayılov tutulub.

Yanvarın 31-də Nəsimi rayonu D.Əliyev küçəsindən Bakı şəhər sakini Cavidan Bəkirova məxsus "Niva" markalı avtomobil qaçırılıb. Yasamal RPİ PPXB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vasif Hacıyev fevralın 1-i saat 21:50 radələrində Bakıxanov küçəsində avtomobillə birlikdə yaxalanıb.


Teqlər:





Xəbər lenti