“NAZ-Lifan” qiymətləri aşağı salır

“NAZ-Lifan” qiymətləri aşağı salır
  02 Fevral 2016    Oxunub:23742
Dövlət qurumlarının əksəriyyəti “NAZ-Lifan” almaq üçün sifariş verib.

Bunu AzVision.az-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

Direktorun sözlərinə görə, Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol” da “NAZ-Lifan” avtomobili alıb.

“Yaxın aylarda sifarişləri yerinə yetirəcəyik. Zavodumuz ilboyu fasiləsiz olaraq fəaliyyət göstərəcək. Hazırda Çində Yeni il bayramı qeyd olunur. Fevralın 14-15-də böyük nümayəndə heyətilə Çinə səfər edəcəyik. Görüş zamanı həm sifariş olacaq, həm də qiymətlərin aşağı salınması ilə bağlı danışıqlar aparılacaq. Biz istəyirik ki, qiymət normal olsun və hər kəs bu avtomobili sürə bilsin”.

M.Abdullayev qeyd edib ki, avtomobilin qiymətinin aşağı salınması üçün Naxçıvan Muxtar Respublikası ilə yanaşı rayonlarda da ehtiyyat hissələrin yığılması planlaşdırılır: “Lazım gələrsə 1 ildə 15-20 min avtomobil istehsal edə bilərik. Hələki o qədər tələbat yoxdur. 2014-cü ilin aprel ayında 555 ədəd avtomobil yığmışıq. Bu baxımdan istehsalla bağlı heç bir problem yoxdur. Sifarişlərin hamısını icra etməyə hazırıq. Aprel ayında yeni modellərimiz satışa çıxarılacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti