`Minsk qrupunun fəaliyyətindən narazıyıq` - Məmmədyarov

`Minsk qrupunun fəaliyyətindən narazıyıq` - Məmmədyarov
  03 Fevral 2016    Oxunub:1538
Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

XİN rəhbərinin sözlərinə görə, Minsk Qrupu həmsədrləri neçə ildir irəliləyiş əldə etməyiblər:

E.Məmmədyarov əlavə edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir.

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Tələb edirik ki, Minsk Qrupu fəaliyyətini bu istiqamətdə qursun. Azərbaycanın torpaqları işğal altındadır. Lakin heç bir irəliləyiş olunmayıb. Həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür. Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam. Bildirdim ki, Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə bilməzlər. Onlar Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir”.

AzVision.az


Teqlər:  



Xəbər lenti