Nəzarət Palatası niyə yaradıldı? - Rəsmi açıqlama
Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemləri və kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılma, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı, Palata həmçinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti də əlaqələndirəcək".
Açıqlamada qeyd olunur ki, şəffaflılığın təmin edilməsi üçün Palata kollegial idarəçilik prinsipləri ilə idarə olunacaq, bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək: "Fərmana müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi ölkə başçısı tərəfindən müəyyən ediləcək və bu andan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcək. Bu da, müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqini təmin edəcək.
Maliyyə bazarlarında vahid tənzimləyici yanaşma qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq".
AzVision.az