Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  04 Fevral 2016    Oxunub:1307
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberq, Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçiriblər.




Teqlər:



Xəbər lenti