Bakıda bəzi mərkəzi küçələr bağlanacaq

Bakıda bəzi mərkəzi küçələr bağlanacaq
  04 Fevral 2016    Oxunub:1843
Formula 1 yarışına hazırlıq işləri ilə bağlı paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
Məlumata görə, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar bu gün Zərifə Əliyeva küçəsinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olacaq.

Bununla yanaşı, Neftçilər prospektinin Rəsul Rza ilə Əziz Əliyev küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılacaq. Buna alternativ olaraq Neftçilər prospektinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunacaq.

Bundan başqa, fevralın 4-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Bülbül küçəsi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi bağlı olacaq. Burada avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti