Kəlbəcər girovlarından yeni xəbər var

Kəlbəcər girovlarından yeni xəbər var
  04 Fevral 2016    Oxunub:2586
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
Bu barədə AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, girovlara ailələri ilə bağlı xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdunu ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

“Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti