Yeni zoopark niyə tikilmir?

Yeni zoopark niyə tikilmir?
  06 Fevral 2016    Oxunub:3425
“Bakıda tikilməsi nəzərdə tutulan yeni Heyvanat Parkının layihə sənədləri çoxdan hazırlanıb”.
AzVision.az xəbər verir ki, bu sözləri ans press-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, tikinti işlərinə hələ ki, başlanılmayıb: "İqtisadi cəhətdən imkan yaranan kimi layihənin icrasına başlanılacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Ceyranbatan qəsəbəsindədir. Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək. Park Bakıdan 25 km aralıda yerləşəcək.

Bir müddət əvvəl mətbuatda yeni zooparkın 2016-cı ildə istifadəyə veriləcəyi barədə xəbər yayılmışdı. Prezident İlham Əliyev 2011-ci ildə Abşeron rayonunun ərazisində yeni zooparkın tikintisi üçün sərəncam imzalayıb. Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulurdu. Daha sonra həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti