11 dövlət qulluqçusu işdən qovulub
Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 83 intizam tənbeh tədbirindən 72-i töhmət, 11-i dövlət qulluğundan azad edilmə olub.
Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”Qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 7, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 12, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 10, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 2, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 1, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 44, 13- cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1, 16-cı (Əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 2, 18-ci (İctimai və siyasi fəaliyyət) maddəsinin tələblərinin pozulması üzrə 4 intizam tənbeh tədbiri tətbiq edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


