Müsavatın Rəsulzadə ilə bağlı fırıldağı - FOTOLAR

Müsavatın Rəsulzadə ilə bağlı fırıldağı - FOTOLAR
  07 Fevral 2016    Oxunub:10148
Müsavat rəhbərliyi ilə partiyadan ayrılan eks-müsavatçılar arasında qalmaqal davam edir. Hazırki başqan Arif Hacılını partiyanı parçalamaqda ittiham edən keçmiş müsavatçılar maraqlı bir faktın üstünü açıblar. Belə ki, müsavatçıların sayının günü-gündən azaldığını deyən “Azərbaycan Demokratiya və Rifah” hərəkatının üzvləri Arif Hacılı tərəfdarlarının Məhəmməd Əmin Rəsulzadənin ad günü ilə bağlı Novxanıda keçirilən tədbirdə saxtakarlığa yol verdiklərini bildiriblər.

ADR üzvlərinin sözlərinə görə, mərasimdə cəmi 15-20 Müsavat üzvü iştirak edib. Partiyanın anım mərasimindən paylaşdığı fotolarda isə insanların çox olduğu göstərilir.

Əslində fotolarda görünən insanların cəmi bir neçə faizi Müsavat partiyasını təmsil edir. Yerdə qalanlar isə Rəsulzadəni anmaq üçün gələn adi insanlar, KXCP və digər partiyanın üzvləridir.

“Müsavat Partiyasının rəhbərliyini fırıldaq yollarla ələ keçirən bir qrup yenə də öz ampulasındadır. Yanvarın 31-də 10-15 adamla Novxanıya Rəsulzadənin abidəsi önünə gələn Arifçilər saylarının çox az olduğunu görüb. yenə fırıldağa əl atıblar. Belə ki, onlardan qabaq meydana daxil olan KXCP və ADP üzvlərinin arasına qarışmış, mikrofonu ələ keçirərək adıçəkilən partiyaların rəhbərlərini tribunadan uzaqlaşdırmışlar. Təcili bir-neçə şəkil çəkdirərək saylarını süni də olsa çox göstərməyə çalışmışlar. Siyasi meyitə çevrilən bu adamlar başa düşmək istəmir ki, artıq meydan sizlik deyil, çəkilin bir kənara, belə mənasız priyomlardan əl çəkin. Siz öz dövr və zamanınızı xərcləmisiniz”-deyə ADR üzvləri bildiriblər.



Müsavatın ziyarət zamanı çəkilən şəkillərinə diqqətlə baxın:



Aşağıdakı fotoda isə ziyarətçilərin sayı xeyli çoxalıb. ADR üzvlərinin dediyi kimi, Müsavat burada saxtakarlığa yol verərək ziyarətçilərin sayını çox göstərmək üçün yeni variantdan istifadə edib.



Xatırladaq ki, müxalifətin şəkillərdən “xariqələr” yaratması ilk dəfə deyil. Bundan öncə AXCP sədri Əli Kərimli Şəhidlər Xiyabanını ziyarət zamanı partiya üzvlərinin sayını çox göstərmək üçün “Photoshop”un köməyindən istifadə etmişdi. Müxalifətin bu addımı sosial şəbəkələrdə qınağa səbəb olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti