Bakıda avtobus qəzası: 2 nəfər ölüb

Bakıda avtobus qəzası: 2 nəfər ölüb
  04 İyun 2016    Oxunub:2309
Bakının Qaradağ rayonunda yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusunun toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib. Məlum olub ki, "Mercedes" markalı avtomobil deformasiyaya uğrayib və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:02-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti