30 mindən çox əcnəbi iş üçün Azərbaycana gəlib

30 mindən çox əcnəbi iş üçün Azərbaycana gəlib
  10 İyun 2016    Oxunub:1771
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.
Fonddan AzVision.az-a verilən məlumata görə, sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30628 nəfərə çatıb.

Onlardan 26 972 nəfəri (88.1 faiz) kişilərdən, 3 656 nəfəri (11.9 faiz) qadınlardan ibarətdir.
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər) Rusiya (1 803) vətəndaşları daha çoxdur.

Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerlər Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) və s. ölkələrin vətəndaşlarına aiddir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti