Əmlak bazarında qiymətlər sabitləşəcək
Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11 faiz azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: "İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04 faiz [dollarda qiymətlər 0,51 faiz artıb] azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23 faiz [dollarla 1,77 faiz artıb] artıb".
N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18 faiz, dollarda isə 1,72 faiz artıb. Ən böyük azalma kommersiya obyektləri bazarında olub - qiymətlər manatda 2,15 faiz, dollarda isə 1,62 faiz azalıb.
Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: "Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə üç faiz ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha iki faiz artacağı istisna olunmur".
AzVision.az
Teqlər: