ABŞ-dakı dəhşətli terroru İŞİD törədib

ABŞ-dakı dəhşətli terroru İŞİD törədib
  13 İyun 2016    Oxunub:2247
ABŞ-ın Florida ştatında baş verən terror aktının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İŞİD yaraqlıları nəzarətlərində olan saytlar vasitəsi açıqlama yayıblar.

ABŞ prezidenti Barak Obama "Pulse" gecə klubunda baş verən qanlı olayın terror olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda atışma olub. Hadisə nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Terror aktının 1986-cı il təvvəlüdlü Omar Martin tərəfindən törədildiyi məlum olub.

AzVision.az


Teqlər:





Xəbər lenti