Palatadan "Brexit" açıqlaması
Palatadan AzVision.az-a verilən məlumata görə, “Brexit”in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağı gözləntiləri əsasında aparılmış təhlillər göstərir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb.
Bununla belə, cari ilin 24 iyun tarixində xüsusilə valyuta bazarının monitorinqi zamanı bir qədər həssas davranış müşahidə edilib. Bu, fundamental iqtisadi faktorlarla deyil, əsasən, xarici maliyyə bazarları ilə bağlı informasiya ekspansiyası ilə izah olunur.
Palata qeyd edir ki, “Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur. MBNP bu sahədə monitorinqləri davam etdirir və “Brexit”in ölkə iqtisadiyyatına dolayı, o cümlədən psixoloji təsirinin neytrallaşdırılması üçün işlər görür.
AzVision.az
Teqlər: