AZAL-dan bayram təklifi

AZAL-dan bayram təklifi
  05 İyul 2016    Oxunub:1718
AZAL Miles bonus proqramı çərçivəsində "Azərbaycan Hava Yolları"-nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqat səyahət və status balları təqdim olunacaq.
Bu barədə AzVision.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bununla yanaşı, Moskva, İstanbul, Kiyev, Minsk, Sankt-Peterburq, Milan, Paris, Pekin, Praqa və Dubay istiqamətləri üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər:

Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək biznes sinif aviabilet alan sərnişinlər güzəşli tariflərdən yararlana bilərlər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti