`Könüllü deputat`lardan təmizlik və kitab fləşmobu - Fotolar

`Könüllü deputat`lardan təmizlik və kitab fləşmobu - Fotolar
  10 İyul 2016    Oxunub:13754
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Könüllülər Parlamenti – Azərbaycan” layihəsi Daşkəsəndə işini davam etdirir.
Layihınin ikinici günü maraqlı görüşlər və sosial aksiyalarla yadda qalıb. Belə ki, ictimaiyyətin diqqətini ətraf mühitin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılması məqsədilə “Könüllü deputat”lar tərəfindən “Təmizlik aksiyası” keçirilib.

Həmçinin iştirakçılar kitaba olan marağı artırmaq məqsədilə birlikdə “Kitab oxu” fləşmobu keçirib. Hər iki aksiya Daşkəsən sakinləri arasında böyük maraq doğurub.

Millət vəkili Vüsal Hüseynov da layihənin ikinci günündə layihə iştirakçıları ilə görüş keçirib. Millət vəkili ilə görüşən “Könüllü deputatlar” hüquq siyasəti və dövlət quruculuğu haqqında müzakirələr aparıblar.

Qeyd edək ki, Layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır. “Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulasiya formatında təşkil olunub. Layihə iştirakçısı olan “Könüllü deputatlar” müxtəlif komitələr tərkibində Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri, təhsil, sənayə, energitika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici amilləri və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihələri ilə bağlı təkliflər planı hazırlanaraq layihənin sonuncu günündə təqdim edəcəklər.

















AzVision.az


Teqlər:  





Xəbər lenti