`Kristofer Smit Azəraycan dövlətinə nifrət edir`

`Kristofer Smit Azəraycan dövlətinə nifrət edir`
  12 İyul 2016    Oxunub:3153
ABŞ konqresimeni Kristofer Smit ənənəvi ampulasından çıxış edərək Azərbaycana qarşı iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı barədə çıxış edib. 907-ci düzəlişin əsas müəlliflərindən olan bu şəxsin Azərbaycana qarşı qərəzi nədən qaynaqlanır?

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya görə, ABŞ konqresimeni Kristofer Smitin sonuncu bəyanatı onu deməyə əsas verir ki, bu, adam Azərbaycan dövlətinə və onun xalqına nifrət edir: `Bilirsiniz ki, may ayında cənab prezidentin əfv sərəncamı oldu. Və bundan öncə İnsan Hüquqlarına dair İşçi Qrupu öz fəaliyyətini bərpa etmişdi. Bu qurumda ölkənin dövlət nümayəndələri ilə yanaşı əsas aparıcı vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunurlar. İşçi qrupunun əfv komissiyasına təqdim etdiyi 24 nəfərlik siyahı prezidentin may ayında verdiyi əfv vasitəsi ilə böyük əksəriyyəti, 20 nəfəri əfv edilib azadlığa qovuşdu. Prezident humanizm prinsiplərinə söykənərək bu addımı atdı. Ancaq may ayından öncə həmin bu Kristofer Smit Azərbaycanda Leyla və Arıf Yunusun, Xədicə İsmayılın, İntiqam Əliyevin, Anar Məmmədlinin və digərlərinin həbs də olmasını bəhanə gətirərək Azərbaycanın əleyhinə qanun layihəsi hazırlayıb Konqresə təqdim etmişdi. Bu gün isə, bu adamların heç biri həbsdə deyil. Artıq bir neçə aydır ki, həmin bu şəxslər azadlıqda gəzir. Elə bu səbəbdən açıq demək olar ki, Kristofer Smitin üçün bu adamlar sadəcə bir bəhanə imiş və dediyim kimi, bu adamın Azərbaycan dövlətinə nifrəti var.

Bütün bunları onu deməyə əsas verir ki, bu adam birbaşa ABŞ-da fəaliyyət göstərəm güclü erməni diasporası ilə sıx bağlıdır və bu səbəbdən də Azərbaycana yönəlik fəaliyyət göstərməkdədir. Artıq bu adam bəhanəsiz də Azərbaycana qarşı öz çirkin niyyətini ortaya qoymaqdadır`.

BAXCP funksionerinin sözlərinə görə, K.Smit Azərbaycana qarşı şər, böhtan kompaniyasının aparılması üçün informasiya məlumatlarını Azərbaycanın radikal müxalifəti ilə əməkdaşlıq etməsi də mümkün görünür: `Artıq sübut olunub ki, istər Qərbin bəzi dairələri, istərsə də şimal qonşumuz olan Rusiya Azərbaycanda fəaliyyət göstərən radikal siyasi qüvələrdən çox məharətlə istifadə etməyi bacarır. Bilirlər ki, bu siyasi düşərkə uzun illərdi bir qisasçılıq hissi ilə yaşayır və əsas niyyətləri də hakmiyyətə gəlməkdir. Bu təşkilatların istənilən əməkdaşlığa hazır olduqlarını da yaxşı bilirlər. Bu baxımdan da bunlarla əməkdaşlıq etmək problem deyil. Sadəcə, lazım olan məqamlarda həm informasiya alırlar, həm də Azərbaycan hakimiyyətinin əleyhinə yerli mətbuatda bəyanatlar verdirirlər. Yəni, həm Qərb, həm də Rusiya bu qüvvələrdən prezident İlham Əliyevə qarşı hər çox məharətlə yararlana bilirlər.

Ən maraqlısı odur ki, bilirsiniz ki, uzun müdddətdir ki, Qərblə Rusiya arasında münasibətlər çox pis vəziyyətdədir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilib və s. ancaq bir–birinə antaqanist qüvvələr Azərbaycanda fəaliyyət göstərən radikal siyasi qüvvələrlə birgə iş qura bilirlər. 2013-cü il prezident seçkilərində Rusiyanın Rüstəm İbrahimbəyov vasitəsi ilə yaratdığı “Milli Şura”nın fəaliyyəti bunu deməyə əsas verdi. Bir neçə il bundan öncə Almaniyanın təkidi ilə Müsavat partiyasının başqanı İsa Qəmbəri Gürcüstanda ermənilərlə Qafqazda demakratiya quracağına dair sənədə imza atdırdı. Yəqin ki, bunu Azərbaycan cəmiyyəti unutmayıb.

Bu adam öhdəlik götürüb ki, ermənilərlə birgə əməkdaşlıq etməkdə heç bir problem yoxdur. Əli Kərimli isə, elə bir adamdır ki, onun üçün heç bir mənəvi dəyər qalmayıb. Öz liderini, dostlarını satan adam hər cür addım atmağa hazırdı. Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur. Birmənalı. Smitlə bağlı bir daha qeyd etmək istəyirəm ki, bu adam sonuncu bəyanatı özünün ifşası oldu. Bütün fəaliyyətini Azərbaycan dövlətinin əleyhinə yönəldib. Bütün imkanlarından istifadə edib Azəraycana növbəti pislik etmək niyyətini ortaya qoyub. 907-ci düzəlişin müəllifindən bundan artıq nə gözləmək olar?!`


Teqlər:





Xəbər lenti