Bakıda Xəzər dənizinə həsr olunan konfrans keçiriləcək

Bakıda Xəzər dənizinə həsr olunan konfrans keçiriləcək
  13 İyul 2016    Oxunub:1631
Bakıda Xəzərin dəniz ətrafı mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsi nəzərə tutulub.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaqdır: “Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı Saziş layihəsini hazırlamış və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib”.

Nazir əlavə edib ki, rəsmi Bakı Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşür və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti