Gömrük sistemində daha bir yenilik
Aydın Əliyev yeni sistemin tətbiqini prezident İlham Əliyevin bu ilin birinci yarısında gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması ilə bağlı imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərin həllinə uyğun olaraq atılmış mühüm addım kimi qiymətləndirib.
Komitə sədri onu da bildirib ki, gömrük xidmətində risklərin idarə olunması sisteminin tətbiqi beynəlxalq təcrübədə təkmil sərhəd idarəçiliyi həllərinin ən mühüm komponentlərindən biri olaraq qəbul edilir.
Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev tətbiq olunan yeniliyə əsasən sərhəd gömrük buraxılış məntəqələrində, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı daxili gömrük orqanlarında mallara və nəqliyyat vasitələrinə qabaqcadan müəyyən olunmuş risk meyarları və risk profilləri əsasında gömrük nəzarəti həyata keçiriləcəyini bildirib. İqbal Babayev yeni sistemin gömrük qanunvericiliyinin tələblərinə riayət edən sahibkarlara bir sıra üstünlüklər gətirməklə gömrük əməliyyatlarını daha asan, çevik və daha az xərclə həyata keçirməyə imkan verəcəyini vurğulayıb.
AzVision.az