Neftin qiyməti 40 dollaradək ucuzlaşa bilər

Neftin qiyməti 40 dollaradək ucuzlaşa bilər
  16 İyul 2016    Oxunub:1708
Analitiklər neftin qiymətinin 40 dollaradək ucuzlaşa biləcəyi qənaətindədirlər.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, neft qiyməti bu ilin əvvəlindən təxminən 2 dəfəyədək bahalaşıb. Buna səbəb isə ABŞ-da istehsalın aşağı düşməsi, həmçinin Nigeriya və Kanadanın neft hasilatında problemlərin aradan qaldırılması və “qara qızıl”a tələbin artması ilə olub. Lakin hazırda hasilatda yenidən artım müşahidə edilir. Ekspertlər isə neftin qiymətinin qlobal təklif çoxluğu və azalan tələbin təsiri ilə 40 dollar/barrelədək ucuzlaşa biləcəyini düşünürlər.

Qeyd edək ki, hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 46 dollardan, Londonun İCE birjasında “Brent” nefti isə 48 dollardan baha satılır.

AzVision.az


Teqlər:





Xəbər lenti