Dənizdə batan şəxs xilas edildi

Dənizdə batan şəxs xilas edildi
  20 İyul 2016    Oxunub:1501
Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti